"London aksiyasının əsas hədəfi Azərbaycanın müstəqilliyidir, Azərbaycan dövlətlətçiliyidir. Azərbaycanın dünyəvi dövlət quruluşunu dəyişmək və şəriət dövlətini qurmaqdır. Bu təkcə Londondakı "Mehdi xidmətçiləri" təşkilatının deyil eyni zamanda İran, vəhabilər, sələfilər, təkfirçilər, şiələr , ümumiyyətlə həm dövlətlər, həm də məshəblər tərəfdən istənilən bir məsələdir. Hətta fəaliyyətdə olduqları, çalışdıqları bir məsələdir ki, Azərbaycanda dünyəvi dövlət quruluşunu və konstitutsion quruluşu ləğv edib, şəriət dövləti qursunlar. London aksiyası da onun tərkib hissəsindən biridir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
Onun sözlərinə görə, bu məsələ təhlükəli həddə deyil, amma bu proses çoxdan başlıyıb: "Amma konkret olaraq, dindar vətəndaşlarla bir o qədər inanclı olmayan vətəndaşlar arasında təhlükə yaranmayacaq. Sadəcə olaraq, bu məsələdə dindarlar öz mövqelərini nümayiş etdirməlidir ki, biz baş verənləri pisləyirik, Azərbaycan bayrağının təhqir olunmasını qəbul etmirik və Azərbaycan bayrağı bütün bayraqlardan ucadır. Bunu dindarlar deməlidir. Əgər dindarlar da susacaqsa, hansısa bir şəkildə dövlətçiliyimizin düşmənləri ilə eyni fikirdə olduqlarını göstərəcəklər. Onların müdafiə etdikləri, yəni Azərbaycanda guya təqib olundunan şiələrin kimliyi , onlardan da müsahibə götürmək olar. Onların da fikirlərini öyrənmək olar. Sual vermək lazımdır ki, harada olduqlarından asılı olmayaraq Azərbaycan dövlətçiliyini, Azərbaycan simvolunu təhqir edənlərin dostusunuzmu? Siz onlarla həmrəysinizmi? Onlar sizi müdafiə edirlər?Onlar Azərbaycanın düşmənləridir. Siz kimsiniz? Siz də Azərbaycanın potensial düşmənlərisiniz? Məsələ bu dərəcədə təhlükəlidir. Hədəf əhali arasında təfriqə yaratmaq deyil. Hədəf Azərbaycan dövlətçiliyidir. Onlar da Azərbaycanın müstəqilliyini sinirə bilməyənlərdədir".
Səid İsaoğlu,
SİTAT.İNFO