Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.
"Report"un əldə etdiyi məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.
Hazırda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidməti SİTAT.İNFO-ya faktı təsdiqləyib.
Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.