Rusiyada Alik Rıjıy kimi tanınan “qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.
“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “REN TV” yayıb.
Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvada güllələnib. Polis elə həmin gün qətli törədən şəxsi saxlayıb.
Həmin şəxsin isə 32 yaşlı azərbaycanlı olduğu məlum olub.
Qeyd edək ki, Namiq Səlifov kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır.