Xəbər verdiyimiz kimi, "Tərtər işi" ilə bağlı həbs edilənlər arasında Rahib Ramazan oğlu Məmmədov da var.
Sitat.info xəbər verir ki, Rahib Məmmədov 17 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
1993-2004-cü il tarixlərində Bakı şəhəri, Nəsimi rayonu Saleh Poladi adına 159 saylı orta məktəbdə təhsil alıb.
2004-2008-ci il tarixlərində Odlar Yurdu Universitetində beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alıb.
Hazırda ədliyyə mayoru rütbəsində, hərbi hüquqşünas vəzifəsində xidmət edir.
O, həmçinin, Rahib Bəşər imzası ilə yazıçı-şair kimi də tanınır. 8 kitabın müəllifidir.
Qeyd edək ki, Rahib Məmmədov (Bəşər) Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı və “Azərbaycan Bayrağı” ordeninin laureatıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.
/Axar.az