İstanbulda atışmada yaralanan azərbaycanlıların adları açıqlandı

14:09 12 Sentyabr 2022

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində ötən gün axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Bu barədə “Sitat.info”ya Azərbaycanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

Məlumatda qeyd olunub ki, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıb: “Yaralı həmyerlilərimiz Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır”. 

 

 



Xəbər xətti