Əhməd Məmmədli barəsində həbs qərarı verildi - Yenilənib

19:52 20 Sentyabr 2022

Gənc fəal, "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli saxlanılıb.

SİTAT.İNFO xəbər verir ki, sosial şəbəkələrdə onun günorta saatlarında iki nəfər mülki geyimli şəxs tərəfindən İslam Səfərli küçəsində maşına mindirildiyi və naməlum istiqamətə aparıldığı haqda məlumat yayılıb. 

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib ki, Ə.Məmmədli polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Səbail rayon Məhkəməsinin qərarı ilə Əhməd Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) təqsirli bilinərək 30 sutka müddətinə həbs edilib. p-ö



Xəbər xətti