Üzümün elə faydaları var ki...

16:48 22 Sentyabr 2022

Üzüm zəngin qida tərkibinə görə sağlamlıq üçün çox faydalıdır. Üzümün nizamlı və mövsümündə yeyilməsi beyinə müsbət təsir edir.

SİTAT.İNFO xəbər verir ki, bu sözləri Qidalanma və Pəhriz Mütəxəssisi Tuba Örnek deyib. 

O bildirib ki, yaşdan asılı olaraq meydana gələ biləcək Alzheimer və Parkinson kimi beyin xəstəliklərinin riskini azaldır.

"O, həmçinin hüceyrə quruluşuna təsir edir, hüceyrələri qoruyur və daha uzun ömür ilə əlaqəli olan SirT1 genini stimullaşdırır."

Üzümün nizamlı və balanslı yeyilməsi xərçəng hüceyrələrinin böyüməsinin də qarşısını alır.

Tuba Örnek, onu da deyib ki, üzümün tərkibindəki aktiv maddələr xərçəngdən qoruyur.
Üzüm bədəndə iltihabı azaldır və biokimyəvi zərərin qarşısını ala bilir.

Bundan əlavə, üzümün az miqdarda natrium və kaliumla zəngin olması qan təzyiqinin optimal tarazlığını təmin edir və ürək xəstəliklərinə qarşı qoruyucu olur.
Üzümün K vitamini, kalsium, maqnezium və kalium kimi minerallar sayəsində sümük sağlamlığına da müsbət təsir etdiyi bəllidir. 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti