Hərbçimiz ürək çatışmazlığından vəfat etdi

14:12 7 Oktyabr 2022

Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından dünyasını dəyişib.

Bu barədə Müdafiə Nazirliyindən "Sitat.info"ya bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlunun bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

 



Xəbər xətti