Sosial şəbəkələrdə Bakıda bir qrup şəxsin qrup halında narkotik vasitə qəbul etməsi ilə bağlı görüntülər yayılıb.
Sitat.info-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev apa-ya açıqlamasında bildirilib ki, yayılan görüntülərlə bağlı məlumatlıdırlar:
“Hazırda həmin görüntülərlə bağlı araşdırma aparılır”.