Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.
1984-cü il təvəllüdlü Elbəy Əlizadə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyata götürülüb, vəziyyətinin kafi olduğu bildirilir.
38 yaşlı kişinin hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.