Dələduzluqda təqsirləndirilən ictimai fəal Ramin Hacılının məhkəməsi davam edir.
"Sitat.info" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edib. O, R.Hacılının 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti prosesi oktyabrın 26-na təyin olunub.
Qeyd edək ki, R. Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmiş, 2019-cu ildə azadlığa buraxılmışdı. O, 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib.