Şəmkirdə odlu silahla qətl törədilib.
Sitat.info-nun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib. 1979-cu il təvəllüdlü Ruslan Bayramov ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.
Hələlik hadisənin kim tərəfindən və hansı səbəblə törədildiyi məlum deyil.
Qətli törədən şəxsin tapılaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.