Amerikanın Şeffild şəhərində məktəbli qız nənəsinin seyfini sındıraraq oradan 10 min dollardan çox pul oğurlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 yaşlı qız pulun bir neçə yüz dollarını sinif yoldaşları arasında paylayıb.
Ümumilikdə seyfdən 13,5 min dollar oğurlanıb. Polis qızın sinif yoldaşlarına verdiyi pulun yalnız 700 dollarını tapa bilib. Tapılan pullar nənəyə qaytarılıb.
Yeniyetmə qızın pulları hansı səbəbdən sinif yoldaşlarına verdiyi açıqlanmayıb.