Prokuror “Emin 444”ün ölümünə görə qətl törətmiş şəxsə 20 il cəza istəyib

18:05 27 Oktyabr 2022

Prokuror “Emin 444”ün ölümünə görə qətl törətmiş Samir Şirəliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sitat.info xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədriliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

Zaur Yusifovu qətlinin qisas məqsədilə törədildiyi ististna edilmir. Çünki onun qətl edən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu olub.



Xəbər xətti