Göyçayda dəhşətli yol qəzası - ÖLƏNLƏR VAR

15:56 2 Noyabr 2022

Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.



Xəbər xətti