Cəlilabad şəhəri, 3 saylı orta məktəbin yaxınlığında naməlum avtomobil 2014-cü il təvəllüdlü rayon sakini Ə.Novruzzadəni vuraraq hadisə yerindən uzaqlaşıb.
Sitat.info "Report"un Muğan bürosuna istinadən xəbər verir ki, yaralı ağır vəziyyətdə ətrafdakı şəxslərin yardımı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.