Bu günlərdə Gürcüstanda azadlığa çıxan Azərbaycan əsilli “qanuni ogru” İlham Hacıyev Türkiyənin İzmir şəhərində saxlanılıb.
Bu barədə Kocaeli TV-nin xəbərlər bülletenində informasiya verilib. Bildirilir ki, azərbaycanlı krimial avtoritetin saxlanılmasının səbəbi üzrəində aşkar olunan saxta sənədlərdir. Rusiyaya ekstradisiya ediləcəyini öyrənən Hacıyevin polis bölməsində hadisə törətdiyi, Rusiyaya göndəriməyə etiraz etdiyi bildirilir. Buna səbəb o olub ki. kriminal avtoritet Rusiyada həyatına qəsd ediləcəyini önə sürüb. Bundan sonra İ.Hacıyevin Azərbaycana ekstradisiya edilməsi məsələsinə baxılması gerçəkləşib.
Məlumatlı mənbələrdən aldığımız xəbərə görə, gürcü əsilii Taronun rəhbərlik etdiyi kriminal klan tərəfindən taclandırılan İlham hazırda azərbaycanlı “oģru”ların arasında ən nüfuzlusu kimi sayılır. Rusiyada federal axtarışa verilən İ.Hacıyev Lotu Qulinin vuran əli hesab olunurdu.
2017- ci ildə azadlıģa çıxana qədər bütün mübahisəli söhbətlərdə Qulinin İ.Hacıyev təmsil edib. Türkiyədə, MDB ölkələrində, xüsusilə də Rusiya və Gürcüstanda böyük nüfuza və əlaqələrə malik Hacıyevin azadlıģa çıxmasının kriminal aləmdə böyük dəyişikliklərə səbəb olacağı gözlənilir. Onu qarşısındakı heç bir kəslə açıq qarşıdurmadan çəkinməyən avtoritet sayırlar və Azərbaycanın “yeraltı dünyası”nın lideri olmaģa ən real namizəd kimi görürlər. “Hacıyevin böyüklüyünü qəbul edən adamlarının sayı və onun şəxsi maddi dürumu bu statusa yüksəlməsinə imkan yaradır”, - aldığımız xəbərdə belə deyilir.