İki nəfərə qarşı 912 min manat ziyan vuran şəxs saxlanılıb.

11:50 11 Noyabr 2022

İki nəfərə qarşı 912 min manat ziyan vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən "Sitat.info"ya verilən məlumata görə, bu ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə Cəlilabad sakini Ceyhun Zeyanlov həmyerlisindən 265.000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647.000 manat pul alıb. Daha sonra pulları mənimsəyərək dələduzluq edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. C.Zeynalov şübhəli şəxs kimi tutulub.

 

 



Xəbər xətti