Ağ ciyər xərçənginə qarşı mühüm tədbirlər - Əsas səbəbi nədir?

23:48 15 Noyabr 2022

Ürək-damar sistemi xəstəliklərindən sonra ən çox ölümə səbəb olan  xərçəngdir.

Ekspertlər hesab edirlər ki, ağciyər xərçəngi dünyada ən çox görülən xərçəng növüdür və ölümlərin əsas səbəbidir.
Sitat.info xəbər verir ki, mütəxəssislər ağciyər xərçənginə qarşı 3 mühüm tədbiri açıqlayıblar. 
Elmi araşdırmalara görə, siqaret ağciyər xərçənginin ən mühüm səbəbidir. Məlumdur ki, xərçəngin qarşısının alınması onun müalicəsindən daha vacib və asandır. Bu səbəblə xərçəngdən qorunmaq üçün ediləcək ən əhəmiyyətli faktorlar siqaret çəkməmək, nizamlı qidalanma və idmandır.

Bu gün ətraf mühitin çirklənməsinin, kanserogen maddələrin, xüsusilə siqaretin zərərli təsiri ilə bağlı ciddi araşdırmalar aparılır.

“Erkən mərhələdə olan xəstəliklərdə şişi tamamilə aradan qaldırmaq və lokal residiv riskini azaltmaq üçün xərçəng xəstələrinin əksəriyyətində radioterapiya tətbiq edilsə də, irəli mərhələdə olan xərçəngdə  qanama, ağrı, nəfəs darlığı, çaşqınlıq kimi simptomları aradan qaldırmaq üçün tətbiq edilən təsirli bir müalicə üsuludur. 
Son illərdə döş, prostat, ağciyər və digər xərçənglər başda olmaqla bir çox xərçəng növlərində ölüm nisbətlərində əhəmiyyətli dərəcədə azalma var.  Xüsusilə ağciyər xərçəngində siqaretin azaldılması ilə, radiasiya terapiyasının tətbiqi üsullarında və hədəfə yönəlmiş dərmanların istifadəsində yeniliklər yaxın müddətdə əldə edilib. 

Seymur ,

SİTAT.İNFO



Xəbər xətti