Yeməkləri təkrar-təkrar qızdırmaq olmazmış - Boyat yeməklərin təhlükəsi...

17:36 17 Noyabr 2022

Ötən gündən qalan yeməklər işdən yorğun gələn insanların köməyinə çatır. Ancaq bəzi yeməklər  ikinci , üçüncü dəfə qızdırıldıqda son dərəcə təhlükəli ola bilər.

Sitat.info-nun məlumatına görə, mütəxəssislər bu məsələ ilə bağlı ciddi xəbərdarlıq edir. 

Ən vacib detal odur ki, saxlama şəraiti yaxşı olmadığı zaman, yemək qalıqları çoxlu mikrobları özünə çəkir. Yeməyi bişən kimi soyuducuya qoymaq mümkün deyil. Bişmiş yeməklər soyuducuya girməzdən əvvəl otaq temperaturuna qədər soyumalıdır. Əgər qadın üstü örtülmürsə çoxlu mikrobları özünə çəkir və mikroblar burada çoxalır. Soyuducudan çıxan yeməyi qızdırdıqda danının təzə bişmiş yeməklərdən fərqli olmasının səbəbi bu mikroblardır.

Qalan yeməklər soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Çoxlu mikrobları özünə cəlb edən qabları soyuducuya qoyduğumuzda bu mikroblar digər qidalara da keçə bilər.
Yenidən qızdırılan yeməklər çoxlu qida maddələrini itirir. Yüksək temperaturda bişmiş yemək, aşağı temperaturda soyuducuda saxlanması nəticəsində qida maddələrinin çoxunu itirir. 

 Saxlanılan və yenidən qızdırılan yeməklər histaminlə zəngindir; Qida hər dəfə istiyə məruz qaldıqda histamin miqdarı artır. Bu qidaların istehlakı histamin dözümsüzlüyü ilə əlaqəli baş ağrısı, burun tıkanıklığı, həzm sistemi problemləri və qaşınma kimi simptomları stimullaşdıra bilər.

Bütün bu səbəblərə görə israfa yol verməmək üçün yeməkləri elə miqdarda bişirmək lazımdır ki, bir dəfəyə istifadə edilsin və bitsin. Bu ən sağlam yoldur.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti