Qadınlarda dəri xərçəngi riski: Gözəlləşmək üçün sağlamlığı təhlükəyə atmayın...

18:08 17 Noyabr 2022

Makiyajının hər zaman təravətli görünməsini istəyən və sıx iş rejimində bəzənməyə etməyə vaxt tapa bilməyən qadınların ilk seçimləri  qalıcı makiyaj olur.

Sitat.info xəbər verir ki, türkiyəli dəri Mütəxəssisi Ahmet Akın son zamanların ən dəbdə oolan qalıcı makiyajla bağlı xəbərdarlıq edib.

Belə ki, qalıcı makiyaj üçün qaş, dodaq və göz layneri prosedurlarını həyata keçirən mərkəzlərdə istifadə olunan boya və iynələrlə bağlı diqqətli olmaq lazımdır. Qalıcı makiyaj seçərkən saf, orqanik və su əsaslı qalıcı boyaların istifadə edilməsi önəmlidir. Seçilmiş qalıcı makiyaj boyalarının üz bölgəsi üçün xüsusi olaraq hazırlanması vacibdir. Xüsusilə, tərkibində ətirlər, ağır metallar olmamalıdır. Belə sintetik qalıcı makiyaj boyaları nəinki davamlıdır, həm də tərkibindəki təhlükəli maddələrə görə zamanla dəri xərçənginə səbəb ola bilər. 
Qalıcı makiyaj boyaları seçərkən mütləq saf, orqanik və su əsaslı qalıcı makiyaj boyalarından istifadə etmək lazımdır. Piqment seçiminizdə beynəlxalq dermatoloji laboratoriyalar tərəfindən təsdiqlənmiş tərkib hissəsi və sənədləri olan markaları seçməlisiniz.
Mikro piqmentasiya tətbiqi ilə bu prosedurlarda şəxsi birdəfəlik steril iynələrdən başqa heç bir iynə istifadə edilməməlidir. 

Qalıcı makiyajlarda ağır metal tərkibli boyaların da nəzərə alınması önəmlidir. İstifadə edilən materiallar allergik reaksiyalara səbəb ola bilər. Bu xidməti keyfiyyətli mərkəzdən almaq çox vacibdir.
Çünki tərkibində ağır metallar olan boyaların istifadə edildiyi yerlərdə allergik reaksiyaların baş verməsi mümkündür. Bundan əlavə, bu boyaların rəngi zamanla dəyişir. Bu makiyajının hər an təravətli olmasını istəyənlər üçün ideal seçim olsa da, istifadə olunan materiallara xüsusi diqqət yetirmək lazımdır. Hhər şey gigiyenik olmalıdır. Əks halda müxtəlif xəstəliklərlə üzləşmək qaçılmaz olacaq.

Züleyxa,

SİTAT.İNFO



Xəbər xətti