İşğaldan azad olunan Qarabağ rayonlarında tikinti işlərinin aparılması ölkədə işsizlik probleminin aradan qaldırılmasına böyük töhfə verib. Belə ki, azad olunan ərazilərin yenidən normal həyata qayıtması üçün regionda kifayət qədər iş yerləri açılıb.
Müxtəlif vaxtlarda izləyicilər SİTAT.İNFO-ya müraciət edərək real vakansiyalar barədə onlara məlumat verilməsini istəyiblər.
Bu məqsədlə Dövlət Məşğulluq Agentliyinə müraciət etdik və real vakansiyaların siyahısını aldıq.
Hazırda Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində "Qarabağ" adlı platformada vətəndaşlar onlara uyğun vakansiyalarla tanış ola və müraciət edə bilərlər. Vakansiyalar işğaldan azad edilən əksər rayonları əhatə edir və əmək haqları vakansiyalara görə dəyişir.
İşəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir.
CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Vakansiyaya müraciət üçün CV-niz yoxdursa, www.cvyarat.az platforması vasitəsilə ödənişsiz CV hazırlaya bilərsiniz.
İş yerləri ilə maraqlananlar https://dma.gov.az/layiheler/qarabagda-is-imkanlari bu lində daxil olmaqla və ya aşağıdakı fotolardan bu haqda məlumat ala bilərlər.
Murad