Almaniya liderindən Rusiya Prezidentinə çağırış: "Bu mənasız müharibəni dayandırın"

19:00 25 Fevral 2022

“Mən Rusiya Prezidenti Vladimir Putini bu mənasız müharibəni dayandırmağa çağırıram”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynadakı vəziyyətlə bağlı ölkə vətəndaşlarına müraciətində bildirib.

“Ukraynada baş verənlər ürəkağrıdıcıdır. Dəhşətlidir. Orada insanlar nələri yaşayır - ölüm, yara, dağıntı, məcburi qaçqınlıq. Qonşumuzun qonşuluğunda sərhədimizdə hazırda minlərlə dəfə ağrı-acı yaşanır”, - deyə dövlət başçısı vurğulayıb.



Xəbər xətti