Metroda cibgirlik edənlər  SAXLANILDI

15:11 21 Noyabr 2022

Bakı Metropolitenində cibgirlik edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sitat.info-ya verilən xəbərə görə, Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev, 1990-cı təvəllüdlü Fazil Zeynaov saxlanılıb.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.

Araşdırmalar davam etdirilir.

 

 



Xəbər xətti