Məktəbliləri qripdən necə qoruyaq?

17:25 22 Noyabr 2022

"Havalar soyudu.  Qripə yoluxma halları yenidən artmaqdadır. Şagirdlər payız tətilindən qayıtdı, milyonlarla uşaq məktəbə gedib-gəlir. Nəticədə qriplə bağlı yoluxmalar artır. 

Bəs məktəbə gedən uşaqları qripdən necə qoruyaq?

Sitat.info xəbər verir ki, mütəxəssislər güclü immunitet sistemi üçün normal qidalanma və yuxu rejiminə diqqət çəkirlər.

Məktəblərin açılması ilə qrip infeksiyaları artacaq. Adətən uşaqlarda bu pnevmaniya, orta qulağın iltihabı və sinüzitə səbəb olur. Bəzən qrip hətta ölümlə nəticələnə bilər. Bu səbəbdən şagirdlərin yanında antiseptik məhlullar olmalıdır. Yanlarından öskürən dostları varsa, maskadan istifadə etməlidirlər. Əllərini tez-tez yumalıdırlar. Bunlara əməl olunarsa, xəstəlik halları da azalar".

Qrip peyvəndinə gəlincə, bu  6 aydan sonra uşaqlara tövsiyə olunur. Xüsusilə xroniki xəstəlikləri olanlara mütləq tövsiyə edilir. Əgər lütləvi yerlərdə olub tez-tez xəstələnirlərsə, immun sistemi zəifdirsə, bu uşaqlara da qrip peyvəndi tövsiyə edilir.

Valideynlərə əsas tövsiyyə isə odur ki, səhhətində narahatlıq yaranan uşaqları tam sağalana qədər ev şəraitində müalicə etsinlər. Bu cür uşaqların məktəbə getməsi həm öz səhhətlərinin ağırlaşmasına, həm də digər uşaqların yoluxmasına gətirib çıxara bilər.

Nərgiz,

Sitat.info



Xəbər xətti