“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gender zəminində zorakılıq ilə mübarizə və ailə dəyərlərinin təbliği"layihəsinin icrası ilə bağlı Sabirabad rayonunda rayon gənclərin və icmanın fəal nümayəndələri iştirakı ilə 12.10.2022 ci il tarixdə məişət zorakılığı ilə bağlı təlim keçirib.
Sitat.info xəbər verir ki, gender zəminində zorakılıq ilə mübarizə və ailə dəyərlərinin təbliği Layihəsinin çərçivəsində keçirilən təlimdə - Məişət zorakılığı nədir, Məişət Zorakılığı və Formaları, zorakılığın indikatorları/göstəriciləri, məişət zorakılığına məruz qaldıqda, məişət zorakılığının qarşısının alınması üçün nə etmək lazımdır, mövcud qanunvericilik, məişət zorakılığı qurbanları üçün mövcud xidmətlər,və sair mövzular əhatə olunub.