“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gender zəminində zorakılıq ilə mübarizə və ailə dəyərlərinin təbliği" layihəsinin icrası ilə bağlı Saatlı rayonunda gənclərin və icmanın fəalların iştirakı ilə 25 oktyabrda təlim keçirib.
Sitat.info xəbər verir ki, təlim “Gender zəminində zorakılıq ilə mübarizə və ailə dəyərlərinin təbliği” layihəsi çərçivəsində təşkil olunub.
Təlimdə - “Məişət zorakılığı nədir”, “Məişət Zorakılığı və Formaları”, “Zorakılığın indikatorları/göstəriciləri”, “Məişət zorakılığına məruz qaldıqda nə etmək lazımdır?”, “Məişət zorakılığının qarşısının alınması üçün nə etmək lazımdır”, mövcud qanunvericilik, məişət zorakılığı qurbanları üçün mövcud xidmətlər və digər mövzular əhatə olunub.