Evdə vəhşi heyvan saxlamaq qanunla necə tənzimlənir? - VİDEO

20:00 23 Noyabr 2022

Ötən əsrin 80-ci illərində Bərbərovlar ailəsi evdə şir bəsləyirdi. Lakin sonradan şir öz təbiətinə uyğun davranış nümayiş etdirdi, ailə üzvlərindən birini parçalayıb yedi. Həmin hadisə dünyaya səs saldı.  

Buna baxmayaraq, indiyə kimi bu cür hallara rast gəlmək olur. Azərbaycanda hələ də ev şəraitində yırtıcıları, vəhşi heyvanları saxlayanlar var.   

Bu cür heyvan və quşları adətən filmlərdə görməyə öyrəşmişik. Amma peşəkar ovçu Faiq Babanlı öz evində qartal saxlayır. Çoxuna təhlükəli gəlsə də, artıq bu qartallar ailənin sevimli üzvünə çevrilib.

Bəs görəsən, vəhşi heyvanları ev şəraitində saxlamaq nə dərəcədə doğrudur? Ümumiyyətlə, qanunlarımızda bu kimi hallarla bağlı hansı müddəalar mövcuddur?

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:



Xəbər xətti