Rusiyada LGBT-nin təbliğatını qadağan edildi: Məhdudiyyətlər qoyuldu...

13:11 24 Noyabr 2022

Rusiya Dövlət Duması bugünki iclasında qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsi dəyişmək istəyinə səbəb ola biləcək məlumatların təbliğatını qadağan edən qanun layihəsini   qəbul edib.
Sitat.info xəbər verir ki, Sənəddə qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğatına qadağa, habelə LGBT-lər haqqında məlumatların mediada, internetdə, reklamda, ədəbiyyatda və kinoda yayılmasına qadağa qoyulur. Həmçinin internetdə, mediada, kitablarda, audiovizual xidmətlərdə, filmlərdə və reklamlarda yeniyetmələr arasında cinsiyyətin dəyişdirilməsi çağırışlarına qadağa qoyulub.

Bundan əlavə, filmdə qeyri-ənənəvi cinsi münasibətləri və üstünlükləri təbliğ edən materiallar varsa, ona yayım sertifikatının verilməsinə qadağa qoyulur. Sənəddə uşaqların ödənişli xidmətlər üzrə LGBT məlumatlarını dinləmək və ya onlara baxmaq imkanlarını məhdudlaşdıran mexanizmin tətbiqi də nəzərdə tutulur. Beləliklə, istifadəçinin yaşını təsdiqləmək üçün kodların daxil edilməsi və ya digər hərəkətlərin yerinə yetirilməsi tələbi qoyulur. Eyni zamanda, 18 yaşına çatmamış vətəndaşların LGBT məlumatlarına çıxışı qadağandır.

Bundan əlavə, yayılması inzibati və ya cinayət məsuliyyətini nəzərdə tutan bu məlumatları ehtiva edən malların, o cümlədən idxal olunan malların satışına qadağa qoyulmasını nəzərdə tutur.

Həmçinin “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran məlumatlardan qorunması haqqında” qanuna qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və uşaqların cinsini dəyişmək istəyinə səbəb ola biləcək məlumatların təbliği ilə bağlı maddə əlavə edilir.

Seymur,

Sitat.info



Xəbər xətti