Qətl törətməkdə şübhəli bilinən Rəşad Dağlının oğlu Yusif Əmirov yenidən paylaşım edib.
SİTAT.İNFO xəbər verir ki, o, "Instagram" hesabında atası və bacısı ilə fotosunu paylaşıb:
"Allahım, özün hər şeyə şahidsən".
Qeyd edək ki, noyabrın 9-u səhər saatlarında Qaradağ rayonu ərazisində 1984-cü il təvəllüdlü Rəşad Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Meyxanaçı Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.