"Çeçenistan rəhbəri Ramazan Kadırov sosial şəbəkə hesabında Qroznıda 12 mindən çox döyüşçü Ukraynada əməliyyatlara könüllü qatılmağa və istənilən çətin tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib.
Bu gün isə bir qrup çeçen könüllünün Ukrayna əməliyyatına qatılmaq üçün yola düşdüyünü əks etdirən görüntülər yayılıb".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Turan Rzayev deyib. O, Hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin çeçenləri Ukrayna müharibəsinə cəlb edərək iki şeyə nail olmaq istəyir:
Birincisi, çeçenlərin qarşısına qoyulan əsas hədəf Ukrayna Prezidenti Vladimir Zelenski və mövcud Ukrayna hakimiyyətində Zelenskini əvəzləyə biləcək ehtimal şəxsləri ən qısa zamanda ələ keçirmək, lazım gələrsə öldürməkdir.
Kadırovun “12 mindən çox döyüşçü Ali Baş Komandan Vladimir Putindən ən çətin tapşırıqların icrası üçün əmr gözləyir” sözləri də bunu təsdiq edir. Mümkündür ki, Kadırovun qeyd etdiyi ən çətin tapşırıq məhz Ukrayna Prezidenti Zelenskini aradan götürməkdir. Zelenski hazırda Ukrayna və onun xalqı üçün kilit şəxsidir. Aydın məsələdir ki, onun ölümü Ukrayna xalqının müqavimətini və qələbəyə olan inamını sarsıda bilər.
Digər tərəfdən Zelenskinin öncə Putinlə danışıqlar masasına otumaq təklifi irəli sürüb, daha sonra Qərbin dəstək sözünə etimad edib bundan imtina etməsi də Kremli qəzəbləndirib.
Nəticə etibarilə Kreml çeçenlərin qarşısında ilk vəzifə kimi Prezident Zelenskini ələ keçirmək və ya öldürməyi qoyub. İkincisi, Putin Ukraynanın Rusiya-Çeçenistan müharibəsində çeçenlərə verdiyi dəstəyi yaxşı bilir.
Rusiyada yaşayan digər respublikaların deyil, məhz çeçenlərin prosesə cəlb edilməsi iki xalq arasında müharibə sonrasıda davam edəcək etnik gərginliyin zəmini yaradacaq. Çeçenlər Ukraynada sivil vətəndaşlara silah açsa, radikal islamçı davranışlar sərgiləsə, teror aktı həyata keçirsə bu iki xalq arasında uzun illər davam edəcək etnik nifrətin əsasını qoyacaq.