Pensiya yaşına çatmadan ölənlərin vəsaitinin ailə üzvlərinə verilməsi təklif olunub

14:46 25 Noyabr 2022

“Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların sayı çoxdur. Bu, reallıqdır”.

Sitat.info Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, artıq yeni mexanizm tətbiq olunmalıdır: “Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu nə dərəcədə ədalətlidir?”



Xəbər xətti