BMT-dən dəhşətli hesabat: Saatda 5 qadın qohumları tərəfindən öldürülür

14:40 25 Noyabr 2022

BMT-nin hazırladığı hesabatda ötən  hər saatda 5-dən çox qadın və qızın öldürüldüyü ortaya çıxıb. Hesabatda deyilir ki, bir çox qadınlar və qızlar evlərində  təhlükəsiz deyillər.

Sitat.info xəbər verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi və Qadınlar Ofisi tərəfindən “Qadın və qızların gender əsaslı qətlləri” adlı hesabat  dərc edilib. Qadınlara və qızlara qarşı zorakılığın dünyada ən çox rast gəlinən insan hüquqları pozuntularından biri olduğu qeyd olunan hesabatda qadınların  və qızların öz evlərində öldürülmə riskinin daha çox olduğu bildirilib.

Hesabata görə, keçən il dünyada 81 min qadın və qız qətlə yetirilib, onlardan 45 mini, yəni təxminən 56 faizi həyat yoldaşı və ya digər ailə üzvləri tərəfindən öldürülüb.  

Hesabatda qeyd edilir ki, son 10 ildə dünyada törədilən qadın cinayətlərinin sayında ciddi dəyişiklik olmayıb. Qadınlara qarşı zorakılıqla mübarizə kifayət qədər aparılmır və təcili olaraq daha güclü tədbirlərin görülməsi lazımdır.

Nərgiz,

Sitat.info



Xəbər xətti