ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) koronavirusdan ölənlərin əksəriyyətinin peyvənd olunduğunu açıqlayıb.
ABŞ prezidenti Co Baydenin sağlamlıq müşaviri Entoni Fauci deyib ki, peyvənd zaman keçdikcə təsirini itirir:
"Koronavirusu peyvəndlə qarşısı alına biləcək bir xəstəlik deyil. Xəstəlik davamlı olduğu üçün davamlı və müntəzəm olaraq peyvənd edilməlidir. Əhalinin əksəriyyəti peyvənd olunduğundan, ən yüksək ölüm nisbəti indi peyvənd edilmiş insanlar arasındadır".
Bununla belə, covid vaksinləri buraxılanda xəstəliyin yayılmasını, ağır simptomları və ölümləri azaldacağı bildirilirdi.
Digər tərəfdən, “Insider Paper” qəzeti peyvənd olunmuş insanların koronavirusdan ölənlərin nisbətini dərc edib:
2021-ci ildə 23 faiz, 2022-ci ilin yanvarında 42 faiz, 2022-ci ilin avqustunda 58 faiz
Daha əvvəl Avropa İttifaqı komissiyasında danışan bir Pfizer rəsmisi etiraf etdi ki, Covid-a qarşı hazırlanmış mRNA vaksinləri xəstəliyin yayılmasının qarşısını almaq üçün sınaqdan keçirilməyib.
Nərgiz,
Sitat.info