"Narkomaniyanın 90 faizinin kökündə qadın..." - Psixoloqdan şok açıqlama

16:40 25 Noyabr 2022

“Narkomaniyanın bir çox səbəbləri var. Birinci səbəb genetik faktor daşıyır. Digər səbəblər disfunksional ailə, ata-ana ayrılığı və ailədə uşağa qarşı olan şiddətdir.

Çox zaman davranış pozuntusu olan uşaqlar zamanında psixoterapiya almasa, bu 18 yaşa çatdıqdan sonra artıq narkomaniya ilə üzləşə bilərlər.

Evdə ünsiyyətsizlik daha çox atanın oğlan uşağı ilə ünsiyyət qurmaması yəni onu dinləməməsi, başa düşməməsi də əsas faktordur”.

Bu sözləri sitat.info-ya açıqlamasında psixoloq Heyran İbrahim deyib:

Psixoloq narkomaniyanı tətikləyən əsas səbəblərindən də danışıb: “Digər səbəblərdən biri isə uşaqlarda erkən yaşda cinsi münasibət, çölə meyillilik, yaşından tez bir zamanda çoxlu pul görməsi, uşağa hər şeyə “yox” deyilməməsi, və narkomaniyanın 99 faizinin kökündə öncə qadın aslılığı dayanır. Yəni, qadından ayrılıq yaşayırsa, qadınla münasibətində ayrılıq yaşayırsa, çox zaman bu narkomaniyaya gətirib çıxarır. Bunlar narkomaniyanı tətikləyici səbəblərdir. Mən bunları şəxsi praktikam zamanı görürəm. 99 faiz qadından aslılıqdan meydana gəlir. Aslılıq yaşıyır və ayrılıqdan sonra narkotik istifadə edir”.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti