"Kreml həm hərbi, həm də siyasi planlarını üzünə-gözünə bulaşdırdı" - Elxan Şahinoğlu

16:36 26 Fevral 2022

"Rusiya ordusu, generalları və hərbi texnikası haqqında miflər dağılmaq üzrədir. Hərbi ekspertlər də yazırlar ki, bəs hanı Rusiyanın müxtəlif sərgilərdə nümayiş etdirdiyi yüksək texnolji silahlar? Ukraynada istifadə etdikləri hələ ki, köhnə silah və sursatdır".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O vurğulayıb ki, Ukraynanın millətçi ruhu ilə tanınan şəhəri Lvova desant tökməyə çalışıblar: "Şərqi Ukraynanı anladıq, oranı işğal etmək istəyirlər, Krıma quru yolu ələ keçirməyə çalışırlar. Bəs Rusiya ordusunun Qərbi Ukraynanın mərkəzi - Lvova desant tökməkdə məqsədi nədir? Nəticə əldə etməyiblər. Kremlin siyasi hədəfi də sual doğurur. Tutaq ki, bir müddət sonra Ukrayna ordusunun müqavimətini qırıb Ukraynanın tamamını işğal etdilər. Bəs sonra? Kreml Ukraynanın başına gətirəcəyi kukla prezidentin ukraynalıların tamamını ram edəcəyinimi düşünür? Yəni həm hərbi, həm də siyasi “planlanamanı” üzlərinə-gözlərinə bulaşdırdılar. Kremlin əldə etdiyi “nəticə” budur: Slavyan xalqlarını düşmən etdi, Ukrayna və Rusiya iqtisadiyyatlarını dağıtdı, sivil dünyanı qarşısına aldı".



Xəbər xətti