Bu sənədi almaq üçün 150 manat ödəniləcək

19:16 28 Noyabr 2022

Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat rüsum ödəniləcək.

SİTAT.İNFO xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliklə qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə görə 150 manat dövlət rüsumu ödəniləcək.



Xəbər xətti