26 yaşlı qızı zorla qaçıran şəxs tutuldu

13:03 30 Noyabr 2022

Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də saat 9 radələrində 26 yaşlı bir qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.

Sitat.info DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.

Araşdırma aparılır.



Xəbər xətti