Sağlam vaxtında neçə kasıb balasının toyunu, sünnətini etdirdin? - Gənc alim xəstəliyi üçün pul toplayan məşhurlara səsləndi

13:45 30 Noyabr 2022

"Xəstələnəndə müalicə pulu üçün xalqı yadına düşən "məşhur"lardan soruşmaq lazımdır: Sağlam vaxtında neçə kasıb balasının toyunu, sünnətini etdirdin? Gənclərin ev və iş problemi ilə bağlı neçə dəfə çıxış etdin, aidiyyatı qurumlara müraciət etdin? Xalqın balasına uşaq pulu verilməsini neçə dəfə tələb etdin? Neçə şəhid, qazi qapısı döyüb yardım etdin? Harın, özbaşınalıq edən, rüşvət alan məmurlarla bağlı ölçü götürülməsi üçün neçə dəfə müraciət etdin? Nəyinizə lazımdır axı xalqın problemləri? Deyərsiniz mükafatlarınız azalar, qanorarınız kəsilər, növbəti mənzili verməzlər, xaricə istirahətə göndərməzlər".

Sitat.info xəbər verir ki, bu sözləri gənc alim Elyar İslamoğlu deyib.

O vurğulayıb ki, məşhurlar yaxşı günlərində xalqı yada salmasa da, xəstələnəndə xalqa üz tuturlar: "Xalqdan qazanın, yeyin, için, dincəlin, kefinizi edin, xarici ölkələri gəzin, xəstələnəndə gəlib pul istəyin. Narahat olmayın, heç xəcalət də çəkməyin, o qədər saf, alicənab, ürəyiyumşaq xalqıq ki, cibimizdəki son manatı da verib dərdimizlə, problemimizlə ömrüboyu maraqlanmayan "məşhur"larımızı müalicə də etdirəcəyik".

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti