Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər...

20:35 1 Dekabr 2022

Temperatur aşağı düşdü, havalar soyudu. Günlərin qısaldığı bu dövrdə yata bilməyən və ya özünü daim yorğun hiss edən insanların sayı günü-gündən artır.

Sitat.info xəbər verir ki, Türkiyəli  həkim Ayça Kaya bu barədə danışıb.

O vurğulayıb ki, səhər yorğun oyanırsınızsa, bu, sadəcə olaraq psixoloji durumunuzla bağlı olmaya bilər. Əsas metabolik problemlər səhərlər yorğun oyanmağınıza və özünüzü pis hiss etməyinizə səbəb ola bilər.

Yorğun olduğunuzu deyirsinizsə, əvvəlcə maddələr mübadiləsini yoxlatmalısınız. Əslində qadınlarda, uşaqlarda, hamilə qadınlarda yorğunluğun ən böyük səbəbi dəmir çatışmazlığından qaynaqlanan anemiyadır. Amma kişilərdə zəiflik və yorğunluq varsa, mütləq araşdırılmalıdır. Buna səbəb olan müxtəlif metabolik problemlər ola bilər”.

 



Xəbər xətti