Payız və qışın ən çox sevilən meyvələrindən biri olan nar bazarların piştaxtalarını rəngləndirməkdədir. Nar kalium, maqnezium, natrium, kalsium, sink və dəmir kimi minerallarla zəngin, həmçinin A vitamini, bəzi B vitaminləri (B1, B2, B6), C vitamini, E vitamini və fol turşusu kimi bir çox vitamin ehtiva edən bir meyvədir. Bundan əlavə tərkibindəki bol polifenollar sayəsində antioksidant tərkibi ən yüksək olan qidalar arasındadır. Bütün bu vitaminlər, minerallar və antioksidant tərkibi ilə nar tam bir müalicə mənbəyidir. Aparılan araşdırmalarda, meyvə kimi yeyilən narın şirəsi kimi də 20 qat daha çox antioksidant təsir göstərir. Orta boylu bir narın orta çəkisi 350-400 qramdır ki, bu da təxminən 1 stəkan nar dənəsinə uyğundur.
Nar orqanizmdə xroniki iltihabın qarşısını ala bilir və bədəndəki iltihabı azaldır. Bunun sayəsində oynaq ağrılarının aradan qaldırılmasına və artrit kimi oynaq xəstəliklərinin müalicəsinə kömək edir.
Nar şirəsi pis xolesterini aşağı sala bilir və trombositlərin aktivləşməsini azaldaraq damarların sərtləşməsinin qarşısını alır.
Yaşlandıqca bədəndə antioksidanların istehsalı zəifləyir. Bədəndə antioksidantların azalması da dəridə qırışların yaranmasına və sürətlə qocalmasına səbəb olur. Tərkibindəki zəngin antioksidantlar sayəsində nar dəridə qırışların əmələ gəlməsini gecikdirir və qocalmanın təsirlərini azaldır. Narın tərkibində olan omeqa 3 yağ turşusu də dərinin nəm itkisini azaltmağa kömək edir və qocalmanı ləngidir.
Narın tərkibindəki zəngin antioksidantlar orqanizmi xəstəliklərə qarşı daha davamlı edir. Xərçəngə qarşı qoruyucu təsir göstərir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.
Nərgiz,
Sitat.info