Əgər ailənizdə, Alzheimer xəstəsi varsa bu xəstəliyə tutulma ehtimalınız daha yüksəkdir. Birdən çox birinci dərəcəli qohumunda Alzheimer xəstəsi olanlar isə daha yüksək risk altındadır. Alzheimer xəstəliyinə diaqnoz qoymaq üçün qəti bir test yoxdur. Nevroloji müayinə, qan analizləri, psixi testlər, beyin görüntüləməsi aparılmalıdır. Bəzi hallarda EEG, SPECT, bel ponksiyonu tələb oluna bilər".
Alzheimer xəstəliyinin hələlik qəti bir müalicəsi olmasa da, prosesi yavaşlatmaq və bəzi simptomların şiddətini azaltmaq mümkündüro.
Sitat.info xəbər verir ki, Türkiyəki nevrologiya mütəxəssisi Dr. Şükran Yurtoğulları bu haqda danışıb.
O bildirib ki, simptomların müalicəsinə kömək edə biləcək dərman və dərmansız variantlar var: " Dərman müalicəsinin yanında psixoloji dəstək, idman və qidalanma tənzimləməsi son dərəcə əhəmiyyətlidir".
Alzheimer xəstələrinin həyat tərzini və pəhrizlərini dəyişmək vacibdir. Doymuş və trans yağların yeməyi azaltmaq, tərəvəz və meyvələ qidalanmanı artırmaq, təbii qidalardan E vitamini qəbulunu artırmaq, multivitaminlərdən istifadə edirsinizsə B12 vitamini qəbulunu artırmaq, ağır tərkibli vitamin komplekslərindən qaçmaq mühümdür. Dəmir və mis kimi metallar, alüminium ehtiva edən məhsullar və dərman istifadəsi və aerobik məşqdən qaçmaq da əhəmiyyətlidir.