Bakıda işlədiyi uşaq evindən oğurluq edən qadın saxlanılıb

12:10 10 Dekabr 2022

Paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evlərinin birindən oğurluq edilib.

Bu barədə "Report"a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin müəssisədə işləyən R.Kərimova saxlanılıb.

O, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.



Xəbər xətti