ABŞ-da bütün amerikalıları öldürə biləcək həcmdə narkotik ələ keçirildi

17:20 22 Dekabr 2022

ABŞ-ın Narkotiklə Mübarizə  İdarəsi 2022-ci ilin məlumatlarını açıqlayıb. Məlumata görə, ələ keçirilən 50,6 milyon fentanil əlavəli dərman və 4,5 tondan çox fentanil tozunun həcmi əvvəlki ilə nisbətən iki dəfə çoxdur. 
 Sitat.info ABŞ mediasına istinadən xəbər verir ki, müsadirə edilən fentalinin miqdarının 379 milyondan çox ölümcül doza olduğunu ifadə edən DEA, bu il 60 ton metamfetamin, 2 tona yaxın heroin və 200 tondan çox kokainin ələ keçirildiyini də açıqlayıb. Tədqiqatlar 2022-ci ildə fentanil əlavə edilmiş 10 saxta resept həbindən 6-nın ölümcül dozada fentanil ehtiva etdiyini ortaya qoyub. 

Qurumun direktoru Anne Milgram bildirib ki, bu il bütün amerikalıları öldürmək üçün kifayət edəcək fentanil ələ keçirilib: "DEA-nın əsas əməliyyat prioriteti amerikalıları öldürən fentanildən məsul olan Meksika Sinaloa və Jalisco narkotik kartellərinə qarşı mübarizə aparmaqdır" dedi Milgram.

 Sinaloa və Jalisco kartelləri tərəfindən qaçaqmalçılıq yolu ilə gətirilən fetanilin böyük hissəsi Meksikadakı gizli müəssisələrdə, əsasən Çindən gətirilən kimyəvi maddələrlə birlikdə kütləvi istehsal olunur.

Ölüm təhlükəsi böyük olan fentanilin heroindən 50 dəfə güclü olduğu bilinir. ABŞ Narkotiklərlə Mübarizə İdarəsi qələmin ucu boyda olan cəmi 2 milliqram fentanilin ölümcül olduğunu açıqlayıb.

Seymur,

Sitat.info



Xəbər xətti