Ukraynanın müqaviməti daha şiddətli xarakter alacaq - Qulu Məhərrəmli

16:40 2 Mart 2022

“Ukraynanın müqaviməti daha şiddətli xarakter alacaq”

“Hazırda Ukrayna cəbnhəsində vəziyyət əvvəlki günlərdən daha kəskindir. Çünki müharibənin, hərbi əməliyyatların uzanması ilk növbədə Rusiyanın ziyanına işləyir. Həm beynəlxalq ictimaiyyət tərəfindən təklənib, həm ciddi sanksiyalar alıb, həm döyüş ruhu aşağıdır. Ukrayna isə ciddi itkilər verməsinə baxmayaraq, ciddi şəkildə özünə əminliyi artır, AB üzvlüyünə namizədliyinin qəbul olunması Ukrayna üçün ciddi mənəvi – ideoloji dəstəkdir.  Ona görə də, Ukraynanın müqaviməti daha şiddətli xarakter alacaq”.

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında professor Qulu Məhərrəmli deyib.

O,  bugünki danışıqlardan ümidsiz olduğunu bilddirib: “Zelenski ümumiyyətlə danışıqlara haqlı olaraq nikbin baxmır. Ona görə də, bu müharibəni dayandıracaq və bu qərarı verəcək şəxs Vladimir Putindir. Çünki bu prosesləri o başlayıb. Hətta onun bu hücum üçün hansısa əsasları olsaydı belə, şəhərləri güllə-baran etmək, dinc əhalini atəşə tutmaq, ballistik raketlərdən atəş açmaq qəbul oluna bilməz. Hazırda bütün dünyanın nifrəti Rusiyaya və onun prezidenti Putinə yönəlib”.

Q.Məhərrəmlinin sözlərinə görə, burada yeganə variant odur ki, Putin qərar verir, qoşunlarını geri çəkir və hərbi əməliyyatları dayandırır: “Əks halda hər iki ölkə üçün çox ciddi nəticələri olacaq. Birinci növbədə bu müharibədən rus xalqı ciddi şəkildə əziyyət çəkəcək, Rusiya iqtisadiyyatı çökəcək. Təkcə iqtisadi məsələlər də deyil. Bütün mədəniyyət və idman tədbirlərindən Rusiya uzaqlaşdırılır, Rusiya üçün bütün yollar bağlanır.

Vəziyyət göstərdi ki, Rusiya heç bir texnologiyası olmayan, iqtisadiyyatı yalnız xammal üzərində qurulan  bir dövlət kimi heç nəyə qadir deyil. Yalnız hərbi sənaye ilə nəyəsə nail olmaq mümkün deyil. O səbəbdən bu müharibə dayanmalıdır. Başqa alternativ yol yoxdur”.

SİTAT.İNFO



Xəbər xətti