İstanul Böyük Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu YSK üzvlərini 'təhqir etmək' ittihamı ilə 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edildikdən sonra, prokuror cəzanın 5 gün artıq hesablandığı üçün apellyasiya məhkəməsinə müraciət edib. Prokuror apellyasiya məhkəməsinə verdiyi vəsatətdə hökmün dəyişdirilərək qüvvədə saxlanılmasını istəyib.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun YSK üzvlərini təhqir etdiyi üçün mühakimə olunduğu iş üzrə dekabrın 14-də qərar verilib. 7-ci Cəza Məhkəməsinin qərarı ilə Əkrəm İmamoğlu “dövlət məmurlarını təhqir etmək” ittihamı ilə 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Qərardan sonra Respublika Prokuroru verdiyi vəsatətdə məhkəmənin qərarının proses və mahiyyət baxımından qanuna zidd olduğunu bildirib. Dövlət ittihamçısının təqdim etdiyi vəsatətdə 14 dekabr 2022-ci il tarixli əsaslandırılmış qərarın hökm hissəsinin ikinci abzasında “Müttəhimin əməlini mətbuat qarşısında açıq şəkildə törətdiyi anlaşıldığına görə”, 125 /4 düzəldilib 125/6 maddəsinə uyğun olaraq edilməlidir.
Bildirilib ki, “Təqsirləndirilən şəxsə 1/6 artırılmaqla 1 il 9 ay həbs cəzası verilib, üçüncü bənddə isə 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hərəkətini dövlət məmurlarına qarşı törətdiyinə görə 1/2 artırılaraq 15 sutka həbs cəzası hesablanıb. Ancaq hesablama nəticəsində təqsirləndirilən şəxsə 5 gün əlavə həbs cəzası verilməsi prosedura və qanuna ziddir. Belə isə nəticədə 1 il 19 ay 15 gün cəza verilməsi lazımdır.
Prokuror qərarın prosessual və maddi baxımdan qanunsuz olduğunu bildirərək, qərarın düzəldilməsini və təsdiq edilməsini istəyib.
Nərgiz,
Sitat.info