Avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

15:02 7 Yanvar 2023

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon sakini, Sahil Qurbanov idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununlada ictimai asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Qurbanov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.




Xəbər xətti