"Müharibədən öncə maliyyə savaşı Rusiya iqtisadiyyatını çökdürür.
Standard and Poor's (S&P) beynəlxalq agentliyi Rusiyanın kredit reytinqini BB-dən CCC-yə endirdi, D-ə (defolta) bir neçə addım qaldı".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, "Fitch Ratings" xarici valyutada artıq defolta endirib: "Moody's Investors Service" hökümətin dövlət borclarını ödəmə qabliyyətini itirdiyini bildirib. Yandex, VTB də səhmdarlarını defolt riski barəsində xəbərdarlıq edib.
Dövlət Neft Fonduna vaxtında nə qədər çağırış etsəm də VTB-dəki pullarını, rublla olan aktivlərini geri çəkmədi və ARDNF ən azı yarım milyard dollar itirdi".
Q.İbadoğlu vurğuladı ki, Hermes, Swarovski, Panasonic də Ukraynadakı hadisələrdən narahatlığını ifadə edib, Rusiyada fəaliyyətini dayandırdı: " BP, Shell və Exxon da Rusiya enerji bazarını bəyanatla tərk edib. S7 avia şirkəti sabahdan bütün istiqamətlər üzrə beynəlxalq reyslərini təxirə saldı.
Deutsche Welle, "Meduzi", "BBC" и "Azadlıq radiosu"nun Rusiyada fəaliyyəti tam və ya qismən dayandırılıb. Exo Moskva və Dojd-da tamamilə dayandı.
Dövlət Duması "Rusiya ordusu haqqında fake (saxta) məlumatlar yaymağa" görə 10 il, bu ağır nəticələrə gətirib çıxararsa 15 ilə qədər həbs cəzası ilə bağlı düzəlişləri qəbul etdi, 401 nəfər bu düzəlişin leyinə səs verib".