"Ukraynadakı müharibə Suriyadakı müharibədən daha dəhşətli miqyas alıb" - Elxan Şahinoğlu

13:04 5 Mart 2022

"Rusiya və Ukrayna arasında yeganə razılıq mülki insanların şəhərləri tərk etmək üçün koridorların yaradılmasıdır. Əlbəttə, bu vacibdir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, mülki insanların şəhərləri tərk etməsi müharibəni daha da şiddətləndirəcək: "Rusiya ordusu Kremldən aldığı təlimat əsasında Ukraynanın şəhərlərini tamamilə darmadağın hesabına işğalı sürətləndirməyə çalışacaq. Ukraynanın əhalisi 40 milyondan çoxdur, bunun 1 milyonu artıq qaçqına çevrilib. Misal üçün Suriyada müharibə başlayanda 1 milyon qaçqın aylar sonra qeydə alınmışdı. Yəni Ukraynadakı müharibə Suriyadakı müharibədən daha dəhşətli miqyas alıb. Avropanın mərkəzində dəhşətli humanitar böhran yaşanır".

SİTAT.İNFO



Xəbər xətti