Deputat qida təhlükəsizliyindən danışdı: Avropa bazarlarına çıxmaq üçün...

13:18 5 Mart 2022

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov  Parlamentin sonuncu Plenar İclasında qida təhlükəsizliyi ilə bağlı məsələlərə toxunub. 

SİTAT.İNFO xəbər verir ki, deputat qeyri-neft məhsullarının ixrac bazarlarının şaxələndirilməsində qida təhlükəsizliyi standartlarının vacibliyini vurğulayıb: "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi baxımdan vacib olmaqla yanaşı, iqtisadiyyatın diversifikasiya üçün də yeni imkanlar yarada bilər".

V.Bayramov vurğulayıb ki, Azərbaycanın 2.7 milyard dollarlıq qeyri neft ixracatının 57.2 faizi iki ölkənin payına düşür: "İxrac olunan aqrar məhsullarımızın 70 faizi bir ölkəyə göndərilir. Avropa Birliyi daxil olmaqla inkişaf etmiş ölkələrin bazarlarına daxil olmaq üçün qida təhlükəsizliyi standartlarının tətbiqinə ehtiyac var. Regiondakı yeni düzən fonunda ixrac bazarlarının diversifikasiyası daha da aktuallaşıb.

Qida təhlükəsizliyi həmçinin biznes mühitinin daha da yaxşılaşdırılması baxımdan vacibdir. Qida zəngirinə uyğun subyektlərin qeydiyyatı ilə yanaşı məlumatlandırma və maarifləndirmə tədbirlərinə ehtiyac var".

SİTAT.İNFO



Xəbər xətti